Gözüm səndən siva rüxsarəyə gər baxsa kur olsun,Deyim bundan bətər, vəslindən ey məhparə, dur olsun.

İlahi, qanə dönsün qeyr yadın eyləsə könlüm,Gözüm çıxsın, baxa sənsiz, əgər qilmanü hur olsun.

Gözün yadilə könlümdə, əcəb yox, olmasa işrət,Nə mümkündür, gözüm, bimar olan evdə sürur olsun?

Qüruri-hüsn edib, ey mişkxət, məndən kənar olma,Nədir nöqsan Süleymanə əgər həmbəzm mur olsun.

Maqta — the closing couplet bearing the poet’s pen name. Olub binur hicri-arizində dideyi-Seyyid,Üzündən dur olan gözdə nə mümkündür ki, nur olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation