Ya rəb, kim olur ərzimi cananə yetirsin,Dərdi-dilim ol xosrovi-xubanə yetirsin.

Xurşidə desin, zərreyi-sərgəştə məlalın,Pərvanə sözün şəmi şəbistanə yetirsin.

Cəmiyyəti-dil kəsrəti-qəmdəndi pərişan,Bu halı o geysuyi-pərişanə yetirsin,

Bu mürği-giriftari-qəfəs surəti-halın,Ol qönçeyi-novxizi-gülüstanə yetirsin.

Məndən yetirib ol şəhə əcz ilə dualər;Xaki-qədəmin dideyi-giryanə yetirsin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Hər şamü səhər, virdi budur Seyyidi-zarın,Allah səni bir də bu Şirvanə yetirsin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets