Çəkmişdi qətlim etməyə yüz tir, gözlərin,Zalım, nə oldu eylədi təxir, gözlərin?

Məst idi, aldı xameyi-müjganı dəstinə,Fitvayi-qətlim eylədi təhrir, gözlərin.

Seydi-hərəm həramdır, ey qibleyi-Səfa,Ahu şikarın etdi genə şir gözlərin.

Qaşınla qətlim etməgə peyvəst oldularƏgrilər ilə eylədi tədbir, gözlərin.

Zalım, diyari-eşqə Hülakuyi-tazasən,Olmaz bu qanlar içmək ilə sir gözlərin.

Geysulər içrə etdi kəmin türki-məst tək,Şəbxunlar etdi könlümə şəbgir gözlərin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Etdin kəməndi-zülfüvü pürtab, ey pəri,Seyyid tək eylədi məni nəxcir gözlərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love