Bir də bəzmimdə mənim ol büti-novşad olumu?Görəsən qəmli könül bir də dönüb şad olumu?

Ol qədi sərvi-rəvan başə salarmı sayə,Dili-qəmpərvərimiz qüssədən azad olumu?

Özün insaf qıl, ey padişəhi-kişvəri-hüsn,Səni əğyar ilə gördükdə könül şad olumu?

Zülfi-müşkinini eylərmi genə canə kəmənd?Genə dil seydinə ahu gözü səyyad olumu?

Cövri-yar oldu füzun, saqi, gözün qurbanı,Rahət üçün mənə mey ta xəti-bəğdad olumu?

Özün insaf elə, ey ləbləri şəhdü şəkkər,Ləbi-şirinüvə bir mən təki Fərhad olumu?

Maqta — the closing couplet bearing the poet’s pen name. Almadı tərbiyətin piri-muğanın Seyyid,Cövhəri naqis olan qabili-irşad olumu?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love