Dün, ey Səfa ki, etmiş idin, xoşsəfa məni,Topraqdən götürmüsən, ey dilrüba, məni.

Qurban bu mehribanlığa, ey Kəbeyi-ümid,Bundan sora çevir başuva, qıl fəda məni.

Hər yerdə kim, olam sənin, ey şəh, qulamınam,Yazmış sənə qulam əzəldən qəza məni.

Hər gün sənin hüzuruva mən gəlmək istərəm,Bu əmrdən mümanəət eylər həya məni.

Cami-mey ilə həmdü səna söhbətin yazıb,Guya təsəvvür etmisən əhli-riya məni.

Xaki-dərindən olduğuma neçə gün cüda,Ey dust, gərçi yazmış idin bəd əda məni.

Rahi-məhəbbətində sənin olmamış şahid,Səndən, ilahi, eyləməsi həq cüda məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Düşnam olsa da, mənə şirindi sözlərin,Seyyid kimi hesab eləmə bivəfa məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets