Görməyib sən kimi, ey məh, çərxi-minanın gözü,Kurdir hüsnün şüasından Sürəyyanın gözü.

Zahidi-kəcbin nə bilsin arizin əsrarını,Feyz aparmaz gül tamaşasından əmanın gözü.

Dil edər naqus tək fəryad dərdi-hicrdən,Sən ki, çıxdın dışraya, çıxdı kəlisanın gözü.

Canuva canlar fəda kim, sənsən ey tərsa-beçəMəryəmin canı, Məsihin ruhu, İsanın gözü.

Bəs ki etmiş ruzü şəb, ey tifl, fikri-qamətin,Görməyir bir hərf əlifdən qeyri mollanın gözü.

Ənbəri-sarayə meyl etməzdi, ey ahunigah,Zülfi-müşkinin əgər görsəydi Saranın gözü.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, müşkül qalır ol mahi-nurəfşan tək –Kim, qalıbdır ol hilaləbrudə dünyanın gözü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets