Bir çoban rast gəldi mollayə,Görcəyin düşdü özgə sövdayə.Kəsdi ol mollanın qabağını,Qovzadı şəst ilə çomağını,Dedi: – Ey mövtü mərk əsbabı,Əhli-təzvirü mərdi-qullabi,Dəli şeytan deyir ki, bir dəyənəkMollanın zolla başına, zirək!Dedi molla ki, ey çobani-dəğəl,Dəli şeytan sözünə etmə əməl.Adəmi ol çıxartdı cənnətdən,Qıldı məhrum nazü nemətdən.Əhli-təzvirdir o şumü ləin,

**Həq buyurdu: – “Ləküm ədüvvi mübinə”.Tul qəflətdən ictinab eylə,Əqlə gəl, taət et, səvab eylə!Dedi: – Şeytan yenə deyir ki, manaEylə mollayə iki quzu əta.Çün eşitdi quzu adın mollaDedi: – Əhsən bu qövlə, namxuda!Gah bir bax sözünə şeytanın,Ta ki rahət ola dilü canın.Seyyida, gərçi sən də mollasən,Özüvü etmə böylə rüsva sən.Olma təmma, get qənaət qıl,Nəfsi-şeytanüvü məlamət qıl.İmtahanxanədir sərayi-sipənc,Bu tilismatda nihandır gənc.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets