Ey könül, hər kimsəyə yar olmagil, yar özgədür,Yar olur hər kim, vəli yari-vəfadar özgədür.

Sürmə qapundan məni-bixanümani kim, sana,Bulunur aşiq, vəleykin aşiqi-zar özgədür.

Hüsnünə mən can verürmən, xəlq ana nəzzarə ki,Özgədür əhli tamaşavü xiridar özgədür.

Aşiqindir zahid, əmma canə qıymır vəqti-kar,İyü xəyalı özgəvü sevdayi-bazar özgədür.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bütpərəsti qınama, ey paki-damən şeyx kim,Zikrü təsbih özgəvü naqusü zünnar özgədür.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love