Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Yad eylə düşgəc şəbi-ğəm söhbəti-dilxahlar,Dartaram şəsrət bilə bagrımdan odlu ahlar.
Zərdü lağərdür visalın xirmənindən ayrılıb,Evinün divarinə mən tək yarışqan gahlar.
Bir mənim bir kuhkən Məcnun ilən yekdil rəfiq,Vadiyi-eşq içrə düşmiş bir neçə gümrahlar.
Payimali-ləşkəri-ğəm könlüm oldu lacərəm,Bəlkə afətdür hər tərəf, etsə zalim şahlar.
Keçdi məndən sali dövr ol mahü mən bihuş, vayKim, keçər bizdən xəbərsiz munca salü mahlar.Nə mən muflis əsirəm ol zənəxdan çahinəKim, bolupturlar əsir ol çahə saşib çahlar.
Kişvəri tək quluna sadiq şəha, yox bir qulun,Bolsa yüz min sadiqül-ixlasi-dövlətxahlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-yad-eyle-dusgec-sebi-gem-sohbeti-dilxahlar
Use ← → keys to move, R for a random poem
More by this author
Can birlə sana yar olubəm, yari unutma,Yox bolsa vəfan, yari-vəfadari unutma.
Bir yüzi Leyli ğəmindən üştə Məcnunəm yenəBir yüzi Leyli ğəmindən üştə Məcnunəm yenə,Bilməzəm halim nola, hala cigərxunəm yenə.
Yüzün tək tazə gül yox busitandaYüzün tək tazə gül yox busitanda,Boyun tək sərv yox baği-cəhanda.
Ey yüzün gülşəninə rövzeyi-rizvan sədəqəEy yüzün gülşəninə rövzeyi-rizvan sədəqə,Şaxi-Tuba qədünə şəm’i-şəbistan sədəqə.