Ey yüzün gülşəninə rövzeyi-rizvan sədəqə,Şaxi-Tuba qədünə şəm’i-şəbistan sədəqə.

Gözlərin ağü qarasinə şəbü ruz fəda,Ləblərün höqqəsinə çeşmeyi-heyvan sədəqə.

Güli-rüxsarına yüz cani-girami qurban,Çeşmi-bimarına min dideyi-giryan sədəqə.

Natəvan düşgəli sən, ey güli-bustani-İrəm,Çevrilib başuna hər dəm verürəm can sədəqə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Zülfü rüxsarün içün Kişvəriyi-xəstə kimi,Kafiri mö’min edər küfr ilə iman sədəqə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets