İran qızı
Qırlarda ney səsiylə başlayır axşam,Dalar maviliklərə saralan əngin.Gözəl qız, o gül üzün nə qədər rəngin?Eh, olsaydım mən də bir nəşəli Xəyyam,
İlahi bir eşqlə gələrək vəcdə,Edərdim can alan gözlərə səcdə…Parlayır Xorasanın altun qübbəsi…Beş günlük ömrünüz var, san gəlir ölüm.
Qaldır üzündən qara hicabı, gülüm,Dinləmə gəl o qəmli, boğulmuş səsi,Çıx buludlar içindən qalma örtülü,Solmasın sinəndəki Təbrizin gülü…
Axşam minarələrdən verilir əzan,Gözlərində parıldar mirvari yaşlar,Söylə, neçin çatılmış o qələm qaşlar?Tüğyan edən dərdini yoxmudur yazan?Baxıb dalğın gözlərə dağılır huşum,Söylə, gözəl şəhriyar, nədən sərxoşam?
Mən ki, çoxdan içmədim Qafqaz şərabı,Ya neçin dönər başım, axar gözlərim,Sən keçdiyin yollara baxar gözlərim,Çarşaf altından bəzən edib savabı,Göstərirsən ay kimi o gül üzünü,Salırsan xəyalıma Odlar Qızını.
Bir zamanlar mənim də yaşıl QafqasdaSənə oxşar nazənin bir eşim vardı,Səsindən Kür coşardı, Araz çağlardı,Derlər ki, indi qalmış ələmdə, yasdaBaxar qəribsəyərək doğma yurduna,Göndər salamını sən dağlar ardına…
Yol uzun, əməl uzaq, ömrümüz qısa,Bir gülü çox gördülər bizə dünyada,Gözəl qız, ver içəyim coşğun bir badə,Kim bilir bəlkə dönməm bir də Qafqasa,Gəl sən mana öylə bir təskinlik ver ki,Oxuyayım yurduma dair bir türkü…
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-iran-qizi
Use ← → keys to move, R for a random poem
More by this author
Öpərkən alnından füsunlu bir yaz,Axıyor döşündən sellər, a dağlar!
Dağlara vidaƏzəldən can deyərək bu sevdalı ölkəyə,Hər qadasın aldığım sana əyan, a dağlar.
Dağlar səslənirkənEy uzaqdan gələn yolçu, böylə sapqın getmə, dur,Çox yolçular sinəmizdə etdi çapqın, getmə dur…
Dağlardan xatirələrM.K.Ələkbərliyə*Dün qarşımda nəvazişkar gülər üzlər oynadı,
Poems by other poets · Nature and spring
Əkdiyi çiçəklər göyərirhər bahar gələndə,
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
DüşmüşəmEy Leyli, mən səni görəndən bəriMəcnun olub biyabanə düşmüşəm.
Sanma güldür gətirən səhni-gülüstanə məniSanma güldür gətirən səhni-gülüstanə məni,Gülə sənsiz nəzər etsəm gətirər canə məni.