Sanma güldür gətirən səhni-gülüstanə məni,Gülə sənsiz nəzər etsəm gətirər canə məni.

Eylə billəm ki, mənə mənzil olur nari-səqər,Çəkələr sənsiz əgər rövzeyi-rizvanə məni.

Zülfü xəttin həvəsi, ey güli-rəna, qoymazBağda mail olum sünbülü reyhanə məni.

Dili-zarımda olan atəşi-eşqin axırEylədi şəmi-rüxi-alüvə pərvanə məni.

Qələt etdim ki, dedim müshəf o vəchi-həsənə,Tövbələr ver, qoy öpüm, tapşır o quranə məni.

Muri-sərgəştəyəm ol Xızr-xətimdən ayrı,Sizi tari, yetirin mülki-Süleymanə məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, silsileyi-zülfünə oldum mail,Nə bilim kim, edəcəkmiş belə divanə məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love