Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Bilməm ki, bu nə fitneyi-dövrü qəmər oldu,Saqi, hanı xurşidi-mey, axır səhər oldu.
Əğyar ilə ol qönçədəhən içdi meyi-nab,Ərbabi-vəfa həsrət ilə xuncigər oldu.
Mən dərdi-dilim ərz qılırdım, dedi ol şux:Hay-hay! Bu da gəldi bizə bir dərdi-sər oldu.
Verdim könül ümmid ilə bir özgə nigarə,Bədbəxtligim gör ki, bu ondan bətər oldu.
Hər nəxli-təmənnayə ki, yaşımla su verdim,Əğyarə salıb sayə, mənə bisəmər oldu.
Dildən keçib, əhvalı bilən yari-zəbandan,Mən ərzi-dil etdim ona, qəsdi-digər oldu.
Maqta — the closing couplet bearing the poet’s pen name. Sancıldı təni-zarıma gər oxları, Seyyid,Uçmağa səri-kuyinə bir balü pər oldu.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-bilmem-ki-bu-ne-fitneyi-dovru-qemer-oldu
Use ← → keys to move, R for a random poem
More by this author
Bir gün İskəndər ibn Filipp ki, padşahi-Rum idi, ətrafında məcməolan əşxasa dedi ki, mən ömrümdə heç bir saili feyzi-nəvalımdan
Müsafir və xəsisBir şəxs səfərə gedirdi. Onun bir nəfər bəxil olan dostu var idi. Birgün bəxil olan dostuna dedi ki, səfərə gedirəm, əngüştərini (yəni
Sail və LoğmanBir şəxs Loğmandan sual elədi:– Hikməti kimdən öyrəndin?
Sail və həkimBir həkimdən sual etdilər ki, sənin qardaşın nə haldadır?Dedi ki, vəfat elədi.
Poems by other poets · Love
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Təzkireyi-NəvvabHər səhər bad əsər ki, arizi-cananə dəyər,Toxunar sərvə gəhi, gah gülüstanə dəyər.