Ey könül, ol gül üçün naləvü zar etmə dəxi,Özüvü dideyi-əğyardə xar etmə dəxi.

Həsrətindən bu qədər qanə ki, döndün bəsdir,Həvəsi-buseyi-ləli-ləbi-yar etmə dəxi.

Bəsdir oldun bu qədər bəsteyi-zənciri-cünun,Həvəsi-silsileyi-zülfi-nigar etmə dəxi.

Ömr payanə yetib, muyi-siyəh oldu səfid,Arizuyi-həvəsi-busü kənar etmə dəxi.

Ziri-bari-qəmi-hər simbər olduq bəsdir,Bivəfalər qəmini bizlərə bar etmə dəxi.

Öldürürlər, könül, ol kudən edər kim ki, güzər,Gər güzarın düşə, ol kuyə güzar etmə dəxi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyida, əlbiseyi-əqldən oldun ari,Təni-hər aqilü fərzanədən ar etmə dəxi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love