Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Nolurdu bəzmdə, ya rəb, mənim də yarım olaydı,Alıb piyalə ələ yar meygüsarım olaydı.
İçəydi badeyi-gülgun o gül piyalə-piyalə,Açaydı arizi güllər, cahan baharım olaydı.
Fəzayi-bağü gülüstanə meyl etməz idim, mən,Əgərçi, şəhrdə bir yari-gülüzarım olaydı.
Nişimən etməz idim mən diyari-qürbəti, ey dil,Rəqibi yar ilə görməkdə gər qərarım olaydı.
O şuxün eşqinə məhcur xəlq edib məni xaliq,Riza olurdum əgər əldə ixtiyarım olaydı.
Rəqib vurmaz idi xari-qüssədən mənə yarə,O gülüzar yanında gər etibarım olaydı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bu gunə olmaz idi bivəfa o gül mənə, Seyyid,Əgər mənim də vəfasızlığa şüarım olaydı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-nolurdu-bezmde-ya-reb-menim-de-yarim-olaydi
Use ← → keys to move, R for a random poem
More by this author
Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir,Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir,
Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm.Bihəmdilləh, yolunda aqibət xak oldu can, tən həm.Qutardın şivənimdən sən, bəlayi-hicrdən mən həm,
Füzulini təxmisQədəhlərdə hübab-asa könül düşmüş həvalərdən,Şərabi-nabsız dil Kəbəsi düşdü səfalərdən,
Məgər bənəfşə müəttər qılıb gülüstaniMəgər bənəfşə müəttər qılıb gülüstani,Nəsim cünbüşü təprətdi şaxi-reyhani,