Müənbər kakilin kim rişteyi-can ilə tövəmdir,Həbibim, hər teli can boynuna bir qeydi-mökhəmdir,Məni rüsvayi-aləm eyləyən ol zülfi-pürxəmdir,Verib taracə eşqin əqlimi, məşhuri-aləmdir,Dili-zarım əsiri-dərdi-eşqü möhnətü qəmdir.

Məni şad eyləməz, ey gül, baharü bustan sənsiz,Həram olsun mənə, ey dilrüba, eyşi-cahan sənsiz,Məhü xurşidə baxsam bir dəm olmam şadman sənsiz,Cəhənnəm məskənim olsun, behiştə gər rəvan sənsiz,Dönər hicrinlə könlüm qanə guya kim, cəhənnəmdir.

Məhi-gərdun deyil mehri-üzarın kimi rəxşəndə,Həqiqət, arizindəndir məhü xurşid şərməndə,Müəvvər arizində ol ərəqdirmi nümayəndəVə ya olmuş məh üzrə xuşeyi-Pərvin pərakəndə,Düşüb bərgi-gül üzrə yoxsa öylə iqdi-şəbnəmdir?

Müsəlsəl sünbülün kim, candadır yüz piçü tab ondan,Hifazi-mahidir kim, münkəsifdir afitab ondan,Məgər azərdi hicranın, olur aşiq kəbab ondan,Visalın kimyadır kim, dil olmaz kamiyab ondan,Dəhanın qönçeyi-sirab, ləlin sirri-mübhəmdir.

Mükəddərxatir olma çox da qəmdən, binəva Seyyid,Hərimi-vəsldən məhrum olan, ey mübtəla Seyyid,Mürüvvət qıl, nigarım, bunca çəksinmi bəla Seyyid,Verib yəğmayə əqlü huşunu bəxti qəra Seyyid,Dönüb Məcnunə eşqindən, cigərxun, didə pürnəmdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love