Qəm eyləmərəm çərx ala simu zəri məndən
Qəm eyləmərəm çərx ala simu zəri məndən,Tək eyləməsin dur meyi-əhməri məndən,Can cövhəridir, almayın ol cövhəri məndən,Ey saqi, diriğ etməgilən sağəri məndən,Bir cam ilə rəf eylə bu dərdi-səri məndən.
Zahid, tutalım həşr günü duzəxiyəm mən,Hardan gəlibən sən, görək, oldun belə eymən,Sən qullar ilə rəbbin ədasın nə bilirsən,Bakim nə mənim duzəxin atəşgədəsindən,Almazsa əgər lücceyi-çeşmi-təri məndən.
Kimdir o ki, hiç olmaya aləmdə günahi,Var bu qapının mən kimi çox ruy-siyahi,Hərçənd ki, çox eyləmişəm feli-mənahi,Mən anladığım əfv isə, əfv eylər ilahi,Sorma günəhim qeyrdən, al dəftəri məndən.
Yüz hiylə ilə məkr edib əğyari-cəfakar,Məndən o gülü eylədilər axırı bizar,İndi kimə dərdim deyim, aləmdə kimim var?Olsun görəyim, möhnəti-hicranə giriftarRəncidə edən ol büti-məhpeykəri məndən.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-qem-eylemerem-cerx-ala-simu-zeri-menden
Use ← → keys to move, R for a random poem
More by this author
Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuq,Yox olubdur varımız, dərdə giriftar olmuşuq.
Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaqNə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq,Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.
Ey sariban, qətarımızı kuyi-yarə çəkEy sariban, qətarımızı kuyi-yarə çək,Rəhm et, bu dağidarləri laləzarə çək.
Gərəkdi kim, sala hal əhlini bəlayə fələkGərəkdi kim, sala hal əhlini bəlayə fələk,Verir həzar bəla mərdi-mübtəlayə fələk.