Ta niqab arizinə zülfi-dütadən saldı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ta niqab arizinə zülfi-dütadən saldı,Məni ol mahliqa şurü həvadən saldı.
Saldı könlümdən o gül özgə sənəmlər şövqin,Bütləri nayibi-həq beyti-xudadən saldı.
Xəti-müşkini gəlib tutdu rüxi-cananı,Şamilər məmləkəti-Rumi səfadən saldı.
Sübh sərməst çıxıb ta elədi rəfi-niqab,Arizi-beyzeyi-beyzanı ziyadən saldı.
Neynəvadə məni bir şux ərəb qıldı əsir,Bu sınıq könlümü ney kimi nəvadən saldı.
Eşq ilə salmış idi aləmə Məcnun səda,Onu divanəligim indi sədadən saldı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, ol gülbədəni bəs ki vəfasız gördüm,Məni novmid edib, ümmidi-rəcadən saldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ta-niqab-arizine-zulfi-dutaden-saldi
Use ← → keys to move, R for a random poem
More by this author
Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu,Tutiyi-can ləli-şəkkərbarın eylər arizu,
Hakim ki, tazə varid ola bir vilayətəHakim ki, tazə varid ola bir vilayətə,Adətdi dadrəs olur əhli-şikayətə.
Dedim: qoy kuyüvün bir mən olum, ey məh, nigəhbanıDedim: qoy kuyüvün bir mən olum, ey məh, nigəhbanı,Dedi: bir bülbülə vermək olurmu bir gülüstanı,
Əqlimi əlimdən nə gülü yasəmən aldıƏqlimi əlimdən nə gülü yasəmən aldı,Nə sünbülü reyhan, nə bağü çəmən aldı.
Poems by other poets · Love
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
Gəraylı: Ağalar, biwəfa yardanAğalar, biwəfa yardanMən dönərəm, könül dönməz
Şanlı gördükcə məni sanki edir qövr fələkŞanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.