Ta könül seydinə səyyad o gözü qaş oldu,Aləmə razi-nihanım dağılıb faş oldu.

Zülfi-tərrarın olub gözlərinə yar, axırBu qara oğru həramilərə yoldaş oldu.

Nə bəlalər gətirir başıma bu dideyi-tər,Bu nə tufan, bu nə girdab, bu nə yaş oldu?

Ey xoşa nəqşinə ol aşiqi-həqbinin kim,Nəqşdən pey aparıb aşiqi-nəqqaş oldu.

Eşikin daşına ta dəgdi rəqibin qədəmi,Evim ol ləhzə yıxıldı, başıma daş oldu.

Sədəfi-sinəm ara bəslədigim gövhəri-nab,Heyf taraca gedib qisməti-ovbaş oldu.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dün şümar eylədik aləmdəki divanələri,Axirül-əmr bu Seyyid hamıdan baş oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love