Tökülür gözlərimin, xəttini görcək, yaşi
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Tökülür gözlərimin, xəttini görcək, yaşi,Çox təəccübdü bulud səbzədən olmuş naşi.
Yeni ay çəkdimi çərx üzrə fələk nəqqaşi,Ya salıb əks o məhi-çardəsalın qaşi?
Sayeyi-nəxli-qədin sərvə düşəndən, ey gül,Ucalıbdır fələkə fəxr ilə sərvin başi.
Qoydu tənha məni bu badiyeyi-möhnətdə,Yoxdu Məcnunda vəfa, gözləmədi yoldaşi.
Gecə-gündüz ki, özü məsti-riyadır zahid,Badədən bəs nə üçün mən qılır ovbaşi?
Kəbədə olsa da zahid ki, təvaf etməzdi,Səngi-meyxanədən olsaydı əgər bir daşi.
Maqta — the closing couplet bearing the poet’s pen name. Nəçidir şerdə Bixud sənə həmta olsun,Seyyida, püxtə ilən tən gələ bilməz naşi.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-tokulur-gozlerimin-xettini-gorcek-yasi
Use ← → keys to move, R for a random poem
More by this author
Aşüftəligim zülfi-siyəhtarı bilirmi?Ya rəb, görəsən dərdi-dilim tari bilirmi?
Ey əndəlib, rövnəqi-gülzar qalmadıEy əndəlib, rövnəqi-gülzar qalmadı,Gül qarət oldu, xarə dəxi yar qalmadı.
Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldıÖzüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı,Səri-kuyində yarın bir fəqiri-müztərim qaldı.
Qeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimiQeyr ilə yarım gəzir, gərdən çəkib bir qu kimi,Qalmışam viranələr küncündə mən bayqu kimi.
Poems by other poets · Wine and the tavern
Əfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Mükərrərاز غمت از غمت خراب خرابدین و دل سوخته کباب کباب
Bir bəxşi-xudadır bu məlahət sənə, dilbərBir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,
MeynələrTənək də deyirlər ona, meynə də,Salxım övladları gilə-gilədir.