Aşüftəligim zülfi-siyəhtarı bilirmi?
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Aşüftəligim zülfi-siyəhtarı bilirmi?Ya rəb, görəsən dərdi-dilim tari bilirmi?
Bilməz, bilirəm yar mənim suzi-nihanım,Tufanə dönən göz yaşımı, bari, bilirmi?
Girəm bu gecə qaldı gözüm yolda, nə nəfi,Ol mah özü etdigi iqrarı bilirmi?
Girəm ki, dögər başını səccadəyə zahid,Tərsadə olan məniyi-zünnarı bilirmi?
Vaiz ki, deyir mey içənə əhli-cəhənnəm,Bir məğfirəti-qadiri-qəffarı bilirmi?
Abid ki, edir cənnət ilə Kövsərə rəğbət,Meyxanə ilə badeyi-gülnarı bilirmi?
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid ki, bilir öz-özünü mərifət əhli,Bircə soruşun, feyzi-dəhü çarı bilirmi?
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-asufteligim-zulfi-siyehtari-bilirmi
Use ← → keys to move, R for a random poem
More by this author
Hərgiz yox imiş təbi-Şüaidə şüa,Bihudə qılır şeir məzaqində niza,
Məhşərdə xələl yetməsə idrakımızaMəhşərdə xələl yetməsə idrakımıza,Gəlməz ələmi-həşr bizim bakımıza,
Əngurdə mey şirəsi, ey əhli-səfa!Əngurdə mey şirəsi, ey əhli-səfa!Yerlə gög arasında qılıb nəşvü nüma;
Ey rədi qılan rübab eşqində kəbabEy rədi qılan rübab eşqində kəbab,Qanunə üsul ilə yetirdin mizrab.