Ey əndəlib, rövnəqi-gülzar qalmadı,Gül qarət oldu, xarə dəxi yar qalmadı.

Əğyardən həmişə edərdin şikayəti,Səd şükr kim, zəmanədə əğyar qalmadı.

“Nətvis-Süha” büruzə gəlibdir əyan bu gün,Dövrü qutardı, günbədi-dəvvar qalmadı.

Gün çıxdı, məhv oldu cahandan sitarələr,Cüz nuri-şəms, şöleyi-ənvar, qalmadı.

Üzlər təvəccöh eylədi şəmsi-həqiqətə,İqbalə döndü, kimsədə idbar qalmadı.

Ənhari-kəsrət oldu rəvan bəhri-vəhdətə,Qeyr əz xudayi-vahidü qəhhar qalmadı.

Bütlərdən oldu beyti-xuda pak, ey könül,Yarımdan özgə xanədə dəyyar qalmadı.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, mətai-şerini bazarə çəkmə sən,Sərraf getdi, zərrə xəridar qalmadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love