Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Özüm getdimsə ol kudə dili-qəmpərvərim qaldı,Səri-kuyində yarın bir fəqiri-müztərim qaldı.
Çağırdı bəzmi-işrətdən rəqib, ol mehriban getdi,Səbu zanudə, mey minadə, əldə sağərim qaldı.
Gedib Fərhadü Məcnun, dəhrdən, mən qalmışam tənha,Nə bir həmdəm, nə bir munis, nə yarü yavərim qaldı.
Vücudimi fələk, ari, qılıb nəqşi-əvarizdən,Bu aləmdə mənim zati olan öz cövhərim qaldı.
Diriğa, dərd kim, gəldi əcəl, mən getdim aləmdən,Rəqibi-bülhəvəslərlə o mahi-ənvərim qaldı.
Cigər pərkaləsindən vermədin tabutuma zinət,Təmamə yetmədi getdim, cahanda zivərim qaldı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bihəmdilləh ki, qaldı yadigar əşari-canbəxşim.Əgərçi, Seyyida, nə mülkü malü nə zərim qaldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ozum-getdimse-ol-kude-dili-qemperverim-qaldi
Use ← → keys to move, R for a random poem
More by this author
Ey gül, sənə hali-dili-şeydanı deməzlər,Hali-dili-zari-məni-rüsvanı deməzlər.
Aşiq əgərçi yarı görüb könlü şad olurAşiq əgərçi yarı görüb könlü şad olur,Amma ki, çərx cövrü ilə namurad olur.
Yüz sərvi-xuraman ola, könlüm səni istərYüz sərvi-xuraman ola, könlüm səni istər,Yüz baği-gülüstan ola, könlüm səni istər.
Ləbini açsa o gül məhfilə şəkkər tökülürLəbini açsa o gül məhfilə şəkkər tökülür,Ləfzi təkrar eləsə qəndi-mükərrər tökülür.
Poems by other poets · Wine and the tavern
Gözlərin mayil olubdur yenə xünxarlığa,Bəli, sərxoş olu amadə sitəmkarlığa.
Anam təlim edən dildəMənə lütf eylə, ey saqi, gətir o cami–sərşariKi, ta rəf eyləyim nəştov qarın bu rənci xümmari.
MənəQədir gecəsində mətləb dilədim,Tərəhim eylədi o mövlam mənə.
Qoyma gələ, saqiya, zahidi meyxanəyəQoyma gələ, saqiya, zahidi meyxanəyə,Dönməyə meyxanəmiz məscidi-viranəyə