Eşq yolunda gərəkdür himməti-ali rəfiqKim, demişlər əhli-dil əvvəl rəfiq, andin təriq.

Eşq bəhridür kim, anun dürri dürri-dil düzür,Dürrətün-dürrün-əcəb, bəhreyi-bəhrün əmiq.

Bəzmi-ğəm içrə gözümdür camü xuni-dil şərab,Cameyi-cami-lətifün, şərbətül-şürbün rəhiq.

Zikrü fikirdür yüzü ağzın xəyalı könlümin,Zikrətül zikrün cəmilün, fikrəhü fikrün rəqiq.

Xətmidür ol, ya bənöfşə, ya zümürrüd, ya giyahLəbmidür ol, ya Bədəxşaniyi-lə’li, bilmən ya əqiq.

Gözlərimdin dəmbədəm axar şəfəqgun yaşlar,Vay kim, yoxdur mana bu dəmdə bir yari-şəfiq.

Maqta — the closing couplet bearing the poet’s pen name. Seyli-əşk içrə yapışdı zülfünə qul Kişvəri,Bimi-candan yapışur qara yilan isə, ğəriq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love