Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağ
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Ey gözün zaği-siyahü zülfi-mişkinün duzağ,Danə xalın içün düşmiş duzağuna duz ağ.
Könlümün dağında zahirdür cəmalın gülşəni,Bu məsəldür kim, irür divanəyə dağ üstə dağ.
Eşigində it kimi hər necə kim, xarəm, vəliKuhi-ğəm qaplanıyam uş pay ta sər dağ-dağ.Xanı dövlət kim, əyağ içib əyağını öpəm,Bir əlimdə bu əyağ, bir əlimdə ol əyağ.
Lə’li-nuşinğə bolur yaquti-rummani əsir,Dürri-guşunğa çəkər lə’li-Bədəxşani qulaq.
Şahidü şəm’ü şərabi qoyma əldən, zinhar,Bir deməkdür məndən üştə be rəsul illə bəlağ?
Dib imişsən Kişvəri, çeşmü çirağın kimdür?Ey çirağü çeşmi-mən sənsən mana çeşmü çirağ.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-ey-gozun-zagi-siyahu-zulfi-miskinun-duzag
Use ← → keys to move, R for a random poem
More by this author
Ey pəri, mən tilbəni gər yad qılssan, vəqtidür,Xatiri-naşadimi gər şad qılsan, vəqtidür.
Sizni yad etgəc gözüm qandan ləbaləb yaş olurSizni yad etgəc gözüm qandan ləbaləb yaş olur,Savux ahimdən yaşın hər danəsi bir daş olur.
Aşiq oldur kim, görüb dildarını can tapşururAşiq oldur kim, görüb dildarını can tapşurur,Bütpərəst andaq ki, bütni görgəc iman tapşurur.
Gər qədəm bassan hənuz dirilməgim imkanı barGər qədəm bassan hənuz dirilməgim imkanı bar,Bir nəfəs gəldi qəbul et kim, nəfəsnin canı bar.