Bir kişi şəkvə qıldı Məmunə –Key çatan hökmi rübi-məskunə,Yüz qızıl, ey şəhi-zəminü zəmən,Vermişəm bir kəsə əmanət mən.İndi getdim tələb qılam dinar,Etdi inkar qıldı həm məni xar.Dedi Məmun: – Yat evində bu şəb,Sübh get qazidən zər eylə tələb.Qorxma, dinarüvü əda eylər,Könlüvün mətləbin rəva eylər.Gər o verməzsə, mən əda edərəm,Mətləbü məqsədin rəva edərəm.Şəh gecə qazini qılıb mehman,Gəldi yüz gunə neməti-əlvan.Gəlibən məclisə o hurnəjad,Dedi ol padşahi-niknəhad –Key, vücudün təfaxüri-islam,Məşriqü məğribə imami-ənam,Ey əmamən misali-qübbeyi-nur,Vey sözün vəhy, bəzmi-xasın Tur.Qaziyi-çərx əmamənə bişəkKəhkəşanın gətirdi təhtül-hənək.Daneyi-səbhən, ey imami-zəmən,Hər biri bir sitareyi-rövşən.Puri-İmran kimi əlündə əsa,

**“Mübtilüs-sehr” əjdəhayi-xuda.Xaki-nəleynin, ey nəbirəftar,Sürmeyi-dideyi-ülül-əbsar.Sən ki hər əmrə eylədin fitva,Qaziyi-çərx həm edər imza.Hökmüvün tabeyi qəzavü qədər,Bəndeyi-dərgəhin çi xüşkü çi tər.Özgə yerlərdə var dəxi qazi,Bir kəs ondan vəli deyil razi.Sən bu gün düşmüsən zəmanədə taq,Əql ilə cüftü şöhreyi-afaq.Nə ki tənha fərasətin vardır,Həm əmanət-dəyanətin vardır.Nə qədər xəlqi eylədim təxmin,Tapmadım bir sənə bərabər əmin.Nayibi-şəri-Müstəfasən sən,Varisi-elmi-övliyasən sən.Bu səbəbdən mən, ey fələk-rüfət,Bu gecə vermişəm sənə zəhmət –Ki, əgər eyləsən qəbul, səhərSənə yüz kisə göndərim mən zər.Bir özün bildiyin yerə aniQoyasan qala səndə pünhani.Gərdişi-çərxdə əgər nagahAli-Abbasın olsa halı təbah,Gedə bu təxtü cahü şövkətimiz,Çıxa əldən bu malü dövlətimiz,Ali-Abbasi et soraq, əgərTapıla bir fəqirü biyavər,Ver o zərdən ona beqədri-kifaf,Olmasınlar zəmanədə əclaf.Çün bu göftarı qazi eylədi guş,Şövqdən oldu valehü mədhuş.Dedi könlündə kim, bu əhməqdir,Bunun əhməqliyi mühəqqəqdir.Nəqdi allam, onu mən alladaram,Nisyə sözdür, balıq təki udaram.Dedi qazi ki, şahə səd əhsən!Nə gözəl fikri-bikr eyləmisən.Maşaallah bu fikrə, nami-xuda!Sanki nazil olub kəlami-xuda.Belə də fikr olur, belə əncam,Sənə bu qeybdən olub ilham.Şah olan böylə fikri-bikr eylər,Eybi yox, saxlaram, səhər göndər.Durdu qazi şəhi vida etdi,Evinə xeyli şadman getdi.O gecə yatmadı sürurindən”,İncinirdi sitarə nurindən.Hər nəfəs verdi xaliqül-əsbah,Oxuyub sübhədək duayi-”Sabah”,Bəs ki eylərdi sübh üçün təcil,Hər dəqiqə ona gəlirdi bir il.Sübh kim, afitabi-zərrintar,Çıxıban zərrin eylədi izhar,Gəldi qazi oturdu məstanə,Müntəzir çeşmi gənci-pünhanə.Yenə ol şəxs gəldi, verdi səlamVə əleykəssəlam, vəl-ikram.Hara getdin dünən çıxıb, a kişi?Dəxi minbəd tutma böylə işi.Bizdə qaldı dünən əmanətüvüz,Bəlkə vardır o nəqdə hacətüvüz.Ey mübarək, gətir o həmyani,Müntəzir qoyma bu müsəlmani.Gedib ol kisəni gətirdi qulam,Verdi ol şəxsə qaziyi-islam.Qorxdu kim, verməyə o simü zəri,Çatacaqdır xəlifəyə xəbəri.

**Onu bilsə xəlifə ər xain,Ona olmaz bu işdə arxayin.Gözünü dikdi şah dövlətinə,Müntəzir qaldı malü sərvətinə.Şahı ol mərd eyləyib agah –Ki, vüsul oldu qazidən tənxah.Şah göndərdi qaziyə peyğam –Ki, əya qaziyi-rəfi məqam,Ey vücudi cahanda mayeyi-az,Çox ümidiylə çıxdı əldən az.Vədə yüz kisə çün olub təqrir,Çıxdı bir kisə səndən, ey bipir!Sonra min kisə zər gərəkdir düz,Alasan ta çıxa əlindən yüz.Afərin, ey yeganeyi-əxyar,Sən tək olmaq gərək əmanətdar.Bildi öz səhvini o dəm qazi,Verməyib sud kərdeyi-mazi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets