İstərəm görmək səni bir şəxsə imkan olmasın
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
İstərəm görmək səni bir şəxsə imkan olmasın,Məndən özgə hüsnüvə bir kəs nigəhban olmasın.
Düşməyə ta ki, yer üzrə sayeyi-nəxli-qədin,Gecələr şəmü günüzlər mehr rəxşan olmasın.
İstərəm bir xasi-xəlvət yar ilə aləmdə kim,Vaqifi ol xəlvətin ta ki dilü can olmasın.
Canü dil biganədir bəzmi-visali-yardə,Aşinanın bəzminə biganə mehman olmasın.
Xarlər hərdəm görür, ey gülbədən, rüxsarüvi,Rəşkdən qönçə kimi könlüm necə qan olmasın?
İstərəm canım alıb, boynuma salsın zülfünü,Ya rəb, ol gülrüx bu sövdadən pəşiman olmasın.
Ol büti-tərsadə hər kim görsə nuri-vəhdəti,Hiç mümkündürmü o eşq ilə Sənan olmasın?
Zülfü rüxsarı xəyalı ruzü şəb bəsdir ona,Aşiqin könlündə fikri-küfrü iyman olmasın.
Özgə aləmdir həqiqətdə bu vəhdət aləmi,Kəsrət ilə aşiqin halı pərişan olmasın.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ey xudavəndi-əhəd, öz birligin həqqi, mənimXatirim, Seyyid kimi qəmdən hərasan olmasın.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-isterem-gormek-seni-bir-sexse-imkan-olmasin
Use ← → keys to move, R for a random poem
More by this author
İstərsən əgər, ey dili-şeyda, fərəh olsun,İç dilbər ilə sağəri-səhba, fərəh olsun.
Ey həmnişin ki, sən mənə qəmxar olmusanEy həmnişin ki, sən mənə qəmxar olmusan,Zənnim budur rəqibi-məni-zar olmusan.
Ey dil, həzar şükr xəbər gəldi yardənEy dil, həzar şükr xəbər gəldi yardən,Olduq xilas dərdü qəmi-intizardən.
Dilbəstə olmasaydım əgər zülfi-yarə mənDilbəstə olmasaydım əgər zülfi-yarə mən,Çox da bu gunə olmaz idim bəxtiqarə mən.
Poems by other poets · Love
Cana, məhəbbət aləmi pürinqilab olur,Əhli-məhəbbətin işi daim əzab olur.
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,
Salma bu qəra zülfünü rüxsarə, amandırSalma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.