Ey həmnişin ki, sən mənə qəmxar olmusan,Zənnim budur rəqibi-məni-zar olmusan.

Hər günkü pəndüvə bu nəsihətlər oxşamaz,Qafil, bu damə sən də giriftar olmusan?

Müddətdi bəzmi-qeyr olub ol mah mənzili,Ey asiman, nədən belə bikar olmusan.

Səndən sivayə cövr eləməz yar, ey könül,Netdin ki, sən bu lütfə səzavar olmusan.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bülbül kimi fəğanə gəlib ağla Seyyida,Ol gül yanında böylə ki, sən xar olmusan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring