Bəs ki, verir cəfaləri hərdəm səfa mənə,Şadəm ki, daim eylər o gülrüx cəfa mənə.

Bəs ki, cəfalər ilə könül adət eyləyib,İndi gəlir cəfa, əgər etsə vəfa mənə.

Ol aşina ki, qət elədi məndən ülfətin,Biganə tənə eylədi, həm aşina mənə.

Derlər ki, vəsli-yardə bir özgə hal var,Bircə nəsib edəydi o hali xuda mənə.

Ətşani-cami-vəslinəm, ey Xızrxət, əgərİçsəm, ilahi, zəhr ola abi-bəqa mən.

Sultani-vadiyi-ələməm, dərdü qəm sipah,Eşq içrə gör cəlalımı, qıl mərhəba mənə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gəh cövrü, gəh xətavü, gəh azarü, gah xişm,Seyyid, o şux hərdəm edər bir əta mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love