Meyxanə tərəf saqi, amandır, güzər eylə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Meyxanə tərəf saqi, amandır, güzər eylə,Tez gəl, bir ayağ ilə dəmağimi tər eylə.
Hərçənd ki, mən tanımıram başla ayağım,Sən doldur əyağı, məni bundan bətər eylə.
Sərməst ölürəm, get məni dəfn etməgə, saqi,Rindani-xərabatə bu işdən xəbər eylə.
Yandın necə sən indi, könül, nari-fəraqə,Yüz dəfə dedim eşqdən, axır, həzər eylə.
Ey dil, əgər ol qəmzeyi-xunxarı sevirsən,Can cövşənini tiri-bəlayə sipər eylə.
Sədparə könül, xövf eləmə tiri-bəladən,Mərdanə bu meydanə qədəm qoy, cigər eylə.
Ey nalələrim, gəldi odur qətlim üçün yar,Kim dedi sənə get dili-yarə əsər eylə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ol zülfi-siyəhdən bu şəbi-vəsldə, Seyyid,Tulani şikayətlərüvi müxtəsər eylə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-meyxane-teref-saqi-amandir-guzer-eyle
Use ← → keys to move, R for a random poem
More by this author
Nə yaxşı vəsldə namehriban idin mənə kim,Zamani-hicrdə çox etmədi kəbab məni.
İstəsən ey mələkül-movt ki, canım alasan.İstəsən ey mələkül-movt ki, canım alasan.Get, mənə surəti-yarımda nümayan ol, gəl.
Həmdəmi-yar əgər fəriştə olaHəmdəmi-yar əgər fəriştə ola,Aşiqi-zarı bədgüman eylər.
Əgər vüsalüvi həq xəlqə qismət etsəydiƏgər vüsalüvi həq xəlqə qismət etsəydi,Ümid kimsənə tutmazdı baği-rizvanə.
Poems by other poets · Love
Tərəhhəm li, təkəlləm, ya ğəzalə,Ucaltma çərxə buncə ahü nalə.
GörəsənSallanıb çıxanda gül xiyabandan,Od tutub alışan narı görəsən.
Vükəlayi-millətəGətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
Telefon məhəbbətiSevgi məktubları düşübdür dəbdən,Cavanlar eşqini yazmır kağıza.