Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey gözün eyni-xuda, “nuni-qələm” qaş sənə,Verdi öz surətini nəqşdə nəqqaş sənə.
Sənsən ol padşəhi-məsnədi-izzət kim, olubRüsüli-sabiqə, yol açmağa fərraş sənə.
Səcdeyi-Adəmə zahirdə olundu təklif,Endirib aləmi-batində mələk baş sənə.
Xilqəti-xüşkü tərə oldu vücudun bais,Bəndə-fərmandı bu gün hər quru, hər yaş sənə.
Səngrizə dil açıb oldu güvahi-halın,Nərm olunsa nə əcəb hər cigəri daş sənə.
Şəbi-meracdə getdin, sənəma, bir yol kim,Cəbrəil olmadı getməkligə yoldaş sənə.
Ərzi-halımdı sənə suzi-dili-zarımdanGözlərimdən tökülüb qanlı axan yaş sənə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid ol gül ki, olub zairi-xaki-hərəmin,Canını bəzl qılaydı o gün, ey kaş, sənə.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ey-gozun-eyni-xuda-nuni-qelem-qas-sene
Use ← → keys to move, R for a random poem
More by this author
Bir fəqirin papağını bir kəsQapıban qaçdı getdi karına bəs.
Məcnunun əhvalatı (Bir nəfər şəxs gördü Məcnunu)Bir nəfər şəxs gördü MəcnunuOl əsiri-bəlavü dilxunu.
Münəccim əhvalatı (Var idi bir münəccimi-dana)Var idi bir münəccimi-dana,Nəzərində əyan nücumi-səma.
ÖyüdEy oğul, həzrəti-rəsulüllahDedi: – “Əlkasibü həbibullah”.
Poems by other poets
Dünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Qəzəl: Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib olduHərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə