Mən öldüm, üstümə dildar gəlsin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Mən öldüm, üstümə dildar gəlsin,Açıb başın o sünbültar gəlsin.
Açıb nitq, eyləsin yoxdan təkəllüm,Tənimdə bir nəfəs ta var gəlsin.
Əgərçi ixtiyarı birlə gəlməz,Edin ol sərkəşi naçar, gəlsin.
Qılın əhvalımı cananə rövşən,Bu zülmatə o məhrüxsar gəlsin.
Ki şayəd rəf edə dərdi-sərimi,Əyağ əldə, meyi-sərşar gəlsin.
Dəhanimə nəfəs təşxisi üçünTutub ayineyi-didar, gəlsin.
Cənazəm üstünə gəlsin imamım,Namazə Cəfəri-Təyyar gəlsin.
Bu təmiri-dil oldu xakə yeksan,Deyin təmirə ol memar gəlsin.
Əgərçi, bilmişəm gəlməz o gülrüx,Yanır narə, deyin, bu xar gəlsin.
Nolur, bari-xuda, bu xanəgahəÇıxıb ol şahidi-bazar gəlsin.
Maqta — the closing couplet bearing the poet’s pen name. Görər əğyar ilə yarını ölməz,İlahi, Seyyidə bir ar gəlsin.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-men-oldum-ustume-dildar-gelsin
Use ← → keys to move, R for a random poem
More by this author
Fövti-şəhi-hüsn üçün tutmuş ikən xət əzaHəftədə bir yol o məh leyk qəradən çıxar.
Ağladırsan sevinir kim, məni-sərgərdanıAğladırsan sevinir kim, məni-sərgərdanı,İnciməzsənmi mənim naləvü fəryadımdan?
Rüsvalığım oldu səbəbi-şöhrəti-dildarRüsvalığım oldu səbəbi-şöhrəti-dildar,Tərki-vətən etdimsə əgər, yarım üçündür.
İçdim ki, badə dəf edə dərdü məlalımıİçdim ki, badə dəf edə dərdü məlalımı,Etdi fəraği-yardə aşuftə halımı.