Ey ləli-ləbin şireyi-şəkkər təki şirin
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Ey ləli-ləbin şireyi-şəkkər təki şirin,Föhşi-dəhənin, qəndi-mükərrər təki şirin.
Yüz şəkkərü şirini ola Xosrovun, olmazHərgiz ləbi-Şirin ilə Şəkkər təki şirin.
Vəsf eyləməyin, çox yemişəm Misr nəbatın,Əsla ola bilməz ləbi-dilbər təki şirin.
Nəxli-əsəlin rəşk ilə təlx oldu məzaqiKim, şirəsi olmaz o ləbi-tər təki şirin.
Badam mizacın hükəma təlx deyiblər,Mən görməmişəm hiç o gözlər təki şirin.
Maqta — the closing couplet bearing the poet’s pen name. Seyyid, sanə düşnam desə yar, nə eybi,Acı sözüdür könlümə şəkkər təki şirin.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-ey-leli-lebin-sireyi-sekker-teki-sirin
Use ← → keys to move, R for a random poem