Sübh bir padşah oldu səvar,Edibən sürət ilə əzmi-şikar.Şəhrdən çıxdı ol fələkmiqdar,Oldu bir mərdi-bağbanə düçar.Rəm qılıb bağbandan ol heyvan,Yerə atdan yıxıldı şahi-cahan.Şəh qəzəblə çağırdı fərraşın,Dedi: – Al tiği, kəs bunun başın!Ağlayıb söylədi o zarü fəqir:Nədir ey şah, bəndəyə təqsir?Buyurub: – Çünki şum adəmsən,Səni görcək yıxıldım atdan mən.Dedi: – Ey şah, mən dəxi bu səhərGörmədim səndən özgə bircə nəfər.Məni görcək yıxıldı şahi-cahan,Leyk bir üzvü tapmadı nöqsan.Sən nə gör şumsən, özündən utan,Qətlimə qıldın axırı fərman.Görməsəydim əgər bu didarı,Olmaz idim əcəl giriftarı.Xoş gəlib şahə ol zərif kəlam,Ona şəmşirin eylədi ənam.Deyib əhsəntü bu kəlamə ki, sənGənci-göftari-nəqzə məhrəmsən.Ey zəban, ey kilidi-gənci-süxən,Sən gəhi gənc, gahi əjdərsən.Gah sən zəhrü gah şəkkərsən,Gahi mərhəm, gəhi çü neştərsən.Mənə hər nə bəla olur hadis,Ona sənsən zəmanədə bais.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets