Dün qismət oldu çeşmimə xalın nəzarəsi,Sandım yanıbdı çərxdə bəxtim sitarəsi.

Yüz gün salır arayə fələk səngi-təfriqə,Saz olsa bir gün aşiqü məşuqun arəsi.

Məndən ayırdı çərx o qaşı hilalımı,Yandırsa çərxi, var yeri, ahım şərarəsi.

Dün gecə xəttü xalüvə baxdım o qədr kim,Ey zülfi-qarə, gözlərimin getdi qarəsi.

Getmək qaşın xəyalı könüldən məhaldır,Məhşər ola sağalmaz o şəmşir yarəsi.

Bimari-eşqə vermə davalər əbəs, təbib,Ölməkdən özgə yoxdu onun hiç çarəsi.

Ol qaşı yayın oxlarını çəkmə sinədən,Çəksən salır cahanə xələl qan fəvarəsi.

Ağzın xəyali etdi vücudum ədəm, mənimYox özgə bir qəmim, bu sözün aşkarəsi!

Maqta — the closing couplet bearing the poet’s pen name. Bir zəxmi-cansitanla məni eylədi həlak,Can verdi, Seyyida, genə zəxmi-dübarəsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love