Bir bəxşi-xudadır bu məlahət sənə, dilbər,Göftarü-bəlağət, bu fəsahət sənə, dilbər,Bu nazü-nəzakət, bu təravət sənə, dilbər,Məxtum olub ol hüsnü lətafət sənə, dilbər,Naz etmə gəl üşşaqə, əmanət sənə, dilbər!

Ey məh, nə əcəbsən, nə qəşəngsən, nə gözəlsən?Xubluqda bu gün Yusifı-Kənanə bədəlsən,Demək nə rəva, Yusifı-sani, sən əzəlsən,Dur, mən dolanım başına, bir yanıma gəl sən,Haşa edəməm bil ki, xəyanət sənə, dilbər!

Öldürdü məni dərdü-qəmü möhnəti-hicran,Qurtarsa bu qəmdən məni gər xaligi-sübhan,Nəzr eyləmişəm, canım edəm vəslinə qurban,Yoxdur dəxi bir özgə qəmim, ey şəhi-xuban,Gər yetsə, canım sağü səlamət sənə, dilbər.

Avara gəzərkən mən o divanələr içrə,Düşdü güzərim bir neçə məstanələr içrə,Saqi tökərək badəni peymanələr içrə,Söylədi ləbin vəsfini meyxanələr içrə,Yetməzmi bu tərif, bu şöhrət sənə, dilbər?

Olmaz bu gözəllikdə deyim, bir bəni-Adəm,Heyrandı sənin hüsnünə bu məhvəşi-aləm,Əhdinə vəfa eylə, qıl iqrarını möhkəm,Ol səcdəgahım, səcdə qılım hüsnünə hərdəm,Şayəstədi, əlbəttə, dəyanət sənə, dilbər!

Salma nəzərindən məni, ey vəlışi qəzalım!Gündən-günə artır nə edim, dordü məlalım,Rəhm et bana, zülfün kimi aşüftədi halım,İnsafdımı, zalım, belə bu hal ile qalım?Etməzmi görən, kimsə məlamət, sənə dilbər?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love