İlin hesabı
Gecə və gündüz neçə saat eyləyir?
Hər kəs tarix tutub hardan söyləyir?
Gecə və gündüz iyirmi dörd saatdır,
Yeddi gün həftədir, beylə hacətdir.
Altmış dəqiqə bir saat, altmış saniyə
Dəqiqədir, hər kəs istər tanıyə.
Dörd həftə bir aydır, on iki də ay
Bir il edir, öyrən ayı, günü say.
Otuz il dövrdir, yüz il əsrdir,
Qəmər ili şəms ilindən kəsrdir.
Qəməri il üç yüz əlli səkkiz gün,
Edər şəmsi üç yüz altmış altı gün.
İl e’tibar olur bizdə hicrətdən,
Bir min üç yüz keçir indi o vəxtdən.
Miladi-İsadən hesab edirlər
Məsihilər, il hesabın gedirlər.
Həştad üç il, dəxi bir min səkkiz yüz
İndi keçür ondan, Qaradaği, düz.
Kitabxana.az · https://kitabxana.az/en/works/hasenali-xan-qaradagi-ilin-hesabi
More by this author
Ney tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.
Ol kəs ki, məni öldidi, indi beylə getdiOl kəs ki, məni öldidi, indi beylə getdi,Qan ilə xizab əlləri, şəmşir ilə getdi.
Qəmginsən nədətı? Söylə, dildar bircə gülQəmginsən nədətı? Söylə, dildar bircə gül,Yetmiş bahar, bir de, danış, yar, bircə gül.
Ruzi-əvvəl bilməzəm kim necə qismətdir banaRuzi-əvvəl bilməzəm kim necə qismətdir bana,Gecələr göz xabə uymaz, ah adətdir bana.