Gözəlliyi elə car olan Pəri,Gərdənə həmayil tax, aydın olsun!Sevdası sərimdə var olan Pəri,Sinəmi odlara yax, aydın olsun!

Bir zamanlar dövran sürdüm sizinlə,Aşiq etdin söhbətinlə, sözünlə,Əzəl başdan mənə baxan gözünlə,İndi özgələrə bax, aydın olsun!

Qul Abbası nə kənara atmısan,Hərcayilə ülfətini qatmısan,Deyəsən ki, taza aşna tapmısan,Sevdiyim, gözlərin çox aydın olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love