Ayrıl
Başma döndüyüm gülüzlü cavan!Halal himmət eylə, gəl ondan ayrıl!Bilməz idim belə hicran dərdini,Lütf elə, üzümə gül, ondan ayrıl!
Qasid gəldi, qəsdən xəbər gətirdi,Əlif olan qəddim dala yetirdi,Axdı çeşmim yaşı üzüm götürdü,Eynim, adaların sil, ondan ayrıl!
Eşqin atəşidi sinəmdə dəftər,Gecə-gündüz sənsən dilimdə əzbər,Sən ol bu Pəriyə buta verənlər,Qolunu boynuma sal, ondan ayrıl!
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-ayril
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bülbüllər ötüşüb naz ilə oynar,Yanaqların oxşar gülə, Tükəzban!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,