Ey uzaqdan gələn yolçu, böylə sapqın getmə, dur,Çox yolçular sinəmizdə etdi çapqın, getmə dur…

Başımızdan fırtınalar gəlib keçdi, ölmədik,Torpağımız qan udaraq daşlarımız qızardı,Sultanlara yol vermədik, şahlara yar olmadıq,Sinəmizdən keçən yolçu dumanlardan azardı...Hər gün yeni bir orduKöksümüzdə yol açdı,Hər gün yeni bir qartalQanad açdı, qol açdı.

Bir gün biri gəldi – “Mənəm bu dünyanın ağası”,Göy yaxamız beş gün oldu ancaq onun oynağı,O qudurmuş orduların bitməz oldu qovğası,Zirvəmizdə iz buraxdı şahinlərin caynağı.Hər gün yeni bir tanrıÇıxıb göründü gözə.Şamillər cana gəldi,Pənah gətirdi bizə.

Çox zamanlar başımızdan şahin ötdü, sar keçdi,Çox hakimlər hökm eylədi, yaxşı, yaman bilmədi.Ərəb gəldi, bu yerlərdən kazaklarla çar keçdi,Lermontovun hiddətindən yaşıl Qafqas gülmədi.Bir çoxunun taxtınaYollar açan biz olduq.Bir çoxunun baxtınaÖlüm saçan biz olduq…

Gələnlər keçdi getdi, torpaq qaldı, daş qaldı,Qartallar uçdu getdi, meydan yenə boş qaldı.

Bax varmıdır onlardan zərrə nişan, bir əsər?Nə qılınc var, nə qalxan var, nə meydan var, nə vuruşO çarpışan orduların oynağında yel əsər,Genə meydan bizimdir, bax, büsatımız qurulmuş.Ey uzaqdan gələn kəs,Qayıt getmə bu yolu.Sən də etmə gəl həvəs,Qəzəbimiz qorxulu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets