Ey əskidən bəri yasa bürünən,Şərəfli anamın gülüzlü qızı,Al şəfəqlər içrə indi görünənŞərq üfüqlərinin pənbə yıldızı.

Bir zaman yurdumun qaranlıq qalanBucaqlarında sən ağlamazmıdın?Hürriyyət eşqilə coşub çırpınanAnamın ürəyin dağlamazmıdın?

Fəqət indi harda o dərin-dərinHəzin nalələrin, iniltilərin?Söylə, ağ günlərə çıxdınmı bur gün?Zülmün heykəlini yıxdınmı bu gün?..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets