Allah naminə
Roma papasınaEy qəlbi Tanrısının eşqiylə çarpan papas,Bu tanrısız şairi dinləməzmisən bir az?Dün teleqraf telləri xəbər verdi dərindənBu imansız ellərə küsüb darıldığını,Kin püskürən gizli bir hərbə sarıldığını…O doğrudur, biz atdıq tanrıları yerindən,Bizdə Allah naminə kirli bir şey qalmadı.Məbədlərdən silindi köhnə allahın adı,O məbədlər ki, orda bir zamanlar şahlarınFironların naminə rəsmi keçid düzüldü.O məbədlər ki, orda yerdəki allahlarınBir əmrilə minlərcə insan qanı süzüldü.Orda ki, sənin kimi papasların dizinəYüzlərlə bakirələr göz yaşları tökürlər.Müqəddəs mehrabların qan çilənmiş üzünə,Allahların naminə qızlar dizə çökürlər.Orda ki, bir zamanlar Allahın oğlu Isa"Müqəddəs" Məryəmlərin çəkərdi keşiyini.Papasların belindən gələn o bir çocuqlarGöz açınca çöllərdə görərdi beşiyini.O məbədlər ki, indi mehrabları boş qalmış,Allahların yerində toz-torpaq və daş qalmış.O məbədlər ki, artıq kimsə çalmaz zəngini,Biz onların büsbütün dəyişdirib rənginiQırmızı fırçalarla boyamışıq qapısın.Ölkədə çoxaldırıq mədəniyyət tapısın.Fəqət sənin beynində yenə Allah naminəDinin qara fitnəsi varlığıyla oynaşır.Gəl yenidən anlatma bizə Tanrı nə, din nə,O qəhbəlik dövrünə bizdə nifrət qaynaşır.Biz hala unutmadıq milyonlarla bəşərinBöyük Allah naminə tökdüyü al qanları.Biz hala unutmadıq hər zəncirli ürəyinBöyük Allah naminə verdiyi qurbanları.Biz hala unutmadıq iki doğma qardaşınDin üçün bir-birini doğrayıb çapdığını,Biz hala unutmadıq bəşərin tarixində,Atanı öz oğluna bir düşmən yapdığını.Bəsdir Allah naminə günahsızlar boğuldu,Bəsdir Allah naminə fahişələr doğuldu.Yetər sağır göylərin hökmranlığı bitdi.Getdi artıq allahın, peyğəmbərin də getdi.Zənnimcə, papam, sənin ömrün də pək az qaldı.Sən özün vicdanınla, söylə, varmıdır Allah?Ey Roma qızlarının qoynunda yatan papa…
Kitabxana.az · https://kitabxana.az/en/works/ildirim-allah-namine
Use ← → keys to move, R for a random poem
More by this author
Nə İrandan, nə Hinddən, nə Əfqandan, nə Çindən,Mən bir inci tapmışdım Qafqasların içindən,
Mənim türkümAşiqəm, cismim əgər buzlu cəhənnəmdə yana,Daşımaz qorxulu dağlar bu tükənməz yasımı…
Mənim protestomCəmiyyəti Əqvama açıq məktub*Dinlə, sən ey haqq deyə zülmə eş olan yuva,
Mənmi?Sormayın kimlərdənəm, haralıyam, a dostlar,Könüldən fırtınalı, boralıyam, a dostlar,
Poems by other poets · Divine love
Ey qardaşlar! Bir zamanlar elmisizlik dumanı,Cəhalətin kor pəncəsi qaplamışdı hər yanı.
ای مِهین صدر فلک مرتبه در دورۀ توگر شود رنجه دل اهل هنرشایان نیست
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Qız“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal.“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.