“Bey” - bəxtim açılsın asimana oynaşa Cəlal.“Tey” - tərlan balasısan, misli humay quşa Cəlal.“Sey” - səni, loğman səni, hər dosta sirdaşa Cəlal.“Cim” - Cəlil-Cabbar yandırmasın cəsədin atəşə, Cəlal.“Hey” - həkimsən, hikmətin düşübdür dildaşa, Cəlal.“Xey” - xudam xəlq eyləmiş nə gözəl əxlaq sana,“Dal” - deyəllər əqli olan məclisdən çırağı sana,“Zey” - zəlil Zeynəb beynavalar basdılar ağrı sana,“Rey” - rəbbin həzrətləri versin ömür badı sana,“Zey” - zaval yetirməsin aləmlərin xaliqi sana.“Sin” - səni tuş etməsin bed əməllərə, Cəlal.“Şin” - şəfa xəstələrə həmdərdlərin dəvasısan,“Sey” - salıbsan aləmə səda, Cəlal.“Zey” - zərif xoy-xasiyyətin Adəm atanın nəvəsisən,“Dey” - dalıb dəryalara möhrü-mühüt qəvvasısan.“Zey” - zülümət çek qəlblərin bəxşi fələyin pərvanasısan.“Ayın” - Əli, Ömərə, Osmana hədiyyə götürsün, Cəlal.“Qey” - Qərbə, Şərqə salmışam dostum, sənin adın.“Hey” - fələk faş eyləmiş külli Gürcüstana adın,“Kaf” - keçibdi Qax, Kuteyis, Tiflis, Gəngə, Şəkistana adın.Bakı, Quba, Dağıstana adın.“Ley” - ləbin Əbdülhəşim döndərmiş büstana adın.“Min” - Mirzə Məhəmmədi yetirsin sirdaşa Cəlal.“Nun” - Nəbi Məhəmməd xudan yetirsin çıxasan başa Cəlal.“Vey” - vurub otağını ol tamaşa etsin Cəlal.“Lav” - layıxlı keyf çəkək işində həmişə Cəlal.“Yey” - yazıb bu kəlməni sən kimi qardaşa Cəlal.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love