Səndən ayru ölməgim guya ki, təqdir olmadı
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Səndən ayru ölməgim guya ki, təqdir olmadı,Yoxsa can verməkdə məndən hiç təqsir olmadı.
Yarəb, ol əğyar ilən var mocibi-bədnamlıq,Necə bir qıldım nəsihət yarə tədbir olmadı.
Zülfün ilə bağla könlümni ki, qaçar xəlqdən,Tilbənün boynunda gər bir ləhzə zəncir olmadı.
Keçmədi bir dəm ki, yüzüm üzrə müjgan bükmədən,Bu mənim dudi-dilim qan birlə təhrir olmadı.
Maqta — the closing couplet bearing the poet’s pen name. Kim ki, baxdı səndən ayru Kişvərinin yüzinə,Bildi kim, halı nədür möhtaci-təqrir olmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-senden-ayru-olmegim-guya-ki-teqdir-olmadi
Use ← → keys to move, R for a random poem
More by this author
Xanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsi,Canim arami, könül məqsudi, bağrım parəsi.
Qıldı çün möhkəm qəza eşqin bilə peyvəndimiQıldı çün möhkəm qəza eşqin bilə peyvəndimi,Şad qıl sən daxı bir dəm cani-naxərsəndəmi.
Umaram səndən ki, gahi sorasan əhvalımıUmaram səndən ki, gahi sorasan əhvalımıKim, biləsən ruzigarın möhnətindən halımı.
Ğəmi-eşqün məni avarə qıldıĞəmi-eşqün məni avarə qıldı,Fəraqın yürəgümni parə qıldı.
Poems by other poets · Love
Çoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?
Əyil sular üstə!Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.
İtibGözəllərin arasında gözəl nigarım itib,Çiçəkli, güllü bahar vaxtı ilk baharım itib.
Yalvara-yalvaraYarım çıxıb yaylaqlara,Qaldım, yalvara-yalvara.