Bəs ki, sənsiz göydürür bağrımnı hicran qayğusi,Nə könül pərvası qaldı məndə, nə can qayğusi.

Küfrin istər kafirü iman, müsəlman, mən səni,Aşiqi-sadiqdə yoxdur küfrü iman qayğusi.Dərdü möhnət rəhgüzaridür mana qanlu könül,Vəh ki, öldürdi məni hər ləhzə mehman qayğusi.

Ey müsəlmanlar, bulun axır mana bir çarə kim,Küfrə döndərdi məni ol namüsəlman qayğusi.

Çün bilürsən Kişvərinin dərdi dərmansızdurur,Ey təbib, axır məni öldürdi dərman qayğusi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets