Eylə kim, mən yanaram şəm’i-ruxi cananədən,Kimsədən bilməz ol mə’ni məgər pərvanədən.

Görmədim ta anədən doğdum ğəmində ruzi-xaş,Mən kimi bədruz daxı doğmayıbdur anədən.

Qamətin sərvi-rəvandur, dedim isə küsməgil,Bu məsəldür cani-mən kim, “doğru söz divanədən”.

Çün bilürsən halım, ey həmsayeyi-beyt-ül-həzən,Rəhm edib sürmə məni bu guşeyi-viranədən.

Ta səni gördüm mən, ey canü cəhanim afəti,Yüz ğəmü dərdü bəla gəldi mana hər yanədən.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvəri yaralidə demə cüdalıq dərdini,Olmaya ğəmgin ola bu suznak əfsanədən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets