Köksümi qalxan qılıb mən oxlarun qarşusinə,Gər inanmırsan bir ox atgil mana qarşu sına.

Ğəmzə oxu qaşların yayindən, ye əbru kəman,Sən atarsan canəvü könlüm dutar qarşu sinə.

Ey könül, gər aşiq isən nam ilə namusi qoy,Kim ki, aşiqdür anun nami nəvü namusi nə.

Qıldı dövri-ruzigarimni qara qismət güni,Sürmeyi-nazi ol çəkti nərgisi-cadusinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Kişvərinün sözidür incü, anı sındurmagilKim, bəhasindən düşər, çün daneyi-incu sına.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love