Nə təravətdür ki, həq vermiş güli-rüxsarinəKim, verür yüz abrü baği-cinan gülzarinə.

Ey səba, ol zülfi-müşkini pərişan qılma kim,Rişteyi-canım mənim bağlabturur hər tarinə.

Qılma təqsir ol ləbi-canbəxşdən bir şərbət-abKim, şəfa verməzdim İsaləbin bimarinə.

Bir qıya bax dedümü al nəqdi-canım, qıymadın,Ey vəfasız, yar olan hərgiz qıyarmı yarinə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Əhdü istiğfar qılsa eşqidən qul Kişvəri,Əski kibrün hiç inanma əhdü istiğfarinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love