Ey donu qızıl, bənzi qızıl, müşki kəlalə,Sənsən çəməni-hüsnara bir dəstəyi-lalə.

Ətrafi-yüzində xəti-səbzin nəyə bənzər,Bir parə şəbi-çardəhün gərdidə halə.

İncu təki dişlər dahənində nəyə oxşar,Bir ğönçeyi-xəndanə içi dopdolu jalə.

Xunabəyi-həsrət içərəm kim, nə səbəbdən,Sən badə içərkən ləbuni öpdi piyalə.

Ey qəddi sənubər, xəti reyhan, ləbi ğönçə,Vey kakili sünbül, yüzi gül, çeşmi ğəzalə.

Dedim ki, sana bir qulam, üştə yüzüm üzrə,Qan birlə yazar mərdüməki-didə qəbalə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Keçdi vərə’i-zöhd çehel salədən asan,Qul Kişvəri ta tapdı büti-çardəh salə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern