Dəmi-rühul qüds cana, ləbi-şəkkərfəşanındur,Hidayət şəm’i kim, derlər zəmiri-xordedanındur.

Çü məqbuli-təbaye’sən məhəbbət əhlidən qaçmaKi sən mürği-behiştisən, könüllər aşiyanındur.Gəl ey güldəsteyi-baği-cəvani çəkməgil damən,Bu piri-xəstədən kim, bir-iki dəm mihmanındur.

İşim durmuya ruzü şəb çıxalı sən kənarımdan,Məni mu tək zəif etkən sənün muyi-məyanındur.

Təvanani qənimət bil inayət qılmagil əskük,Cigərxun Kişvəridən kim, fəqirü natəvanındur.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets